ANA SƏHİFƏ Sayta başqa dillərdə baxa bilərsiz:

"Hz.Peyğəmbər (səv), insanların ən xeyirlisi insanların faydalı olanıdır"

Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!

(Muhəmməd surəsi / 33)

◊   PEYĞƏMBƏRİMİZ (SƏV)'İN GÖZƏL ƏXLAQI  

Peyğəmbərimiz (səv)in çox gözəl bir əxlaqa sahib olduğunu Allah Quranda bildirmiş və belə buyurmuşdur:

“Nun. And olsun qələmə və qələmə alınanlara! Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.  Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır. Həqiqətən də, sən böyük əxlaq sahibisən! Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır”

(Qələm Surəsi, 1-7)

Allah bu ayədə ayrıca Peyğəmbərimiz (səv) üçün aramsız bir mükafat olduğunu bildirmişdir. Bu Hz. Məhəmməd (səv)in daim gözəl əxlaq göstərdiyini, təqvadan heç bir zaman ayrılmadığını göstərən bir məlumatdır.

Peyğəmbərimiz (səv)in də "İmanın kamalı, gözəl əxlaqladır" sözləriylə ifadə etdiyi kimi, imanın ən əhəmiyyətli əlamətlərindən biri gözəl əxlaqdır. Bu səbəblə gözəl əxlaqın ən gözəl nümunələrini öyrənmək və tətbiq etmək əhəmiyyətli bir ibadətdir.

Bu hissədə Peyğəmbərimiz (səv)in Quranda zikr edilən gözəl əxlaq xüsusiyyətlərindən bəzilərinə yer veriləcək.

 

PEYĞƏMBƏRİMİZİN (SƏV) YALNIZ ÖZÜNƏ VƏHY OLUNANLARA TABE OLMUŞDUR

Peyğəmbərimiz (səv)in Quranda da dəfələrlə bildirilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri, yalnız Allahın nazil etdiyinə uyğun olaraq, insanların razılığını nəzərə almadan, insanlardan çəkinmədən yalnız Allahın bildirdiyini yerinə yetirməsidir. Hətta müşriklər və digər dinlərin mənsubları Peyğəmbərimiz (səv)dən öz mənfəətlərinə uyğun hökmlər verməsini istəmişlər. Bu şəxslər sayca və daha qüvvətli mövqedə olmalarına baxmayaraq Peyğəmbərimiz (səv) Quranı və Allahın hökmlərini daim böyük bir vasvasılıq və qətiyyətlə qorumuşdur. Bir ayədə Allah Peyğəmbərimiz (səv)in bu insanların israrlarına necə cavab verdiyini bizlərə belə xəbər verir:

“Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”. De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?”

(Yunus Surəsi, 15-16)

“Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən”

(Bəqərə Surəsi, 252)

Allah qövmünün bu rəftarlarına qarşılıq Peyğəmbərimiz (səv)i bir çox ayəsiylə xəbərdar etmişdir. Məsələn Maidə surəsində belə buyurulur:

“Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. Onların aralarında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir” 

(Maidə Surəsi, 48-49)

Peyğəmbərimiz (səv) də Allahın özünə endirdiyindən başqasına uymayacağını böyük bir qətiyyətlə qövmünə təkrarlamışdır. Peyğəmbərimiz (səv)in bu üstün əxlaqını xəbər verən bir ayə belədir:

De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”

(Ənam Surəsi, 50)

Hamid Aytaç. Hədis-i şərifdə: "Hz. Peyğəmbər, insanların ən xeyirlisi insanların faydalı olanıdır" buyurulmuşdur.

Peyğəmbərimiz (səv)in Allah yolunda qərarlı və təmkinli olması ilə haqq dini ən gözəl və ən doğru şəkildə insanlara bildirilmişdir. İnsanların böyük bir hissəsi ilə müqayisə etmək Peyğəmbərimiz (səv)in bu üstünlüyünün daha da yaxşı başa düşülməsinə səbəb olacaq. İndiki vaxtda da, keçmişdə də insanların böyük bir hissəsi zəifliklərə, ehtiras dolu istəklərə sahibdirlər. Böyük bir əksəriyyəti isə dini qəbul etmələrinə baxmayaraq bu zəyifliklərinə məğlub olurlar. Zəiflik və istəklərini tərk etmək yerinə dinin hökmlərində güzəştlər gəzirlər. Məsələn, dostlarının, yoldaşlarının, qohumlarının nə deyəcəyindən çəkinərək dinin bəzi hökmlərini yerinə yetirməzlər və ya dinə uyğun gəlməyən bəzi vərdişlərini tərk edə bilməzlər. Bu səbəblə dini öz mənfəətlərinə görə şərh edərlər, özlərinə uyğun gələn hökmlərini qəbul edər, digərlərini görməməzlikdən gələrlər.

Peyğəmbərimiz (səv) isə  bu cür insanların istəklərinə heç bir zaman güzəştə getməmiş, Allahın endirdiyini heç bir dəyişiklik etmədən, heç kimindən mənfəət güdmədən, yalnız Allahdan qorxub çəkinərək Quranı insanlara təbliğ etmişdir. Allah Peyğəmbərimizin (səv) bu təqva xüsusiyyətini Quranda belə bildirir:

“And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi.”

(Nəcm Surəsi, 1-5)

“Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır”

(Hucurat Surəsi, 7)

“Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır” deyəcəklər. Allahın lənəti olsun zalımlara!”

(Hud Suresi, 18)

 

PEYĞƏMBƏRİMİZ (səv)İN BÜTÜN aləmlərə nümunə olan təvəkkülü

Quranda Peyğəmbərimiz (səv)ə əlaqədar olaraq izah edilən hadisələrdə onun təvəkkülü və Allaha təslimiyyəti açıqca görülməkdədir. Məsələn Peyğəmbərimiz (səv)in  Məkkədən çıxdıqdan sonra yoldaşı ilə birlikdə gizləndiyi bir mağaradakı sözləri təvəkkülünün ən gözəl nümunələrindən biridir. Ayədə belə bildirilir:

“Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir”

 (Tövbə Surəsi, 40)

Peyğəmbərimiz (səv) hansı şərtlərdə olursa olsun, həmişə Allaha təslim olmuş, Onun yaratdığı hər şeydə bir xeyr və gözəllik olduğunu bilmişdir. Quranda Peyğəmbərimiz (səv)ə qövmünə söyləməsi bildirilən bu sözlər də bu təvəkkülün bir göstəricisidir:

“Sənə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə çıxıb gedərlər. De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!”

(Tövbə Surəsi, 50-51)

Peyğəmbərimiz (səv) təvəkkülü ilə bütün müsəlmanlara nümunə olmuş və insanın Allahdan gələcək bir şeyi dəyişdirməyə əsla gücünün çatmayacağını belə xatırlatmışdır:

"Bir nəfsə təqdir edilmiş şey mütləq olar" .

"... Bir şey istəyincə Allahdan istə. Kömək tələb edəcəksənsə Allahdan kömək dilə. Çünki qullar, Allahın yazmadığı bir məsələdə sənə faydalı olmaq üçün bir yerə yigilsalar, bu faydanı etməyə qadir ola bilməzlər. Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə yigilsalar, buna da qadir ola bilməzlər".

Peyğəmbərimiz (səv) sünnəsinə uyğun gələn hər möminin də müsibət kimi görünən hadisələri onun kimi təvəkküllü qarşılaması, hər şeydə bir xeyr və gözəllik olduğuna iman etməsi lazımdır. Bunu da unutmamaq lazımdır ki, Allahın ən təqva qullarından biri olan Peyğəmbərimiz Hz. Məhəmməd (səv) çox böyük çətinliklərlə və əziyyətli hadisələrlə sınanmışdır.

Hər şeydən əvvəl təbliğat apardığı xalqın içərisində hər cür çətinliyi törətməyə hazır olan insanlar var: İkiüzlü davranaraq Peyğəmbərimiz (səv)ə tələ qurmağa çalışanlar, atalarının dinini dəyişdirməyi qəbul etməyən müşriklər, peyğəmbərdən nəfslərinə uyğun ayə gətirməsini istəyənlər, Peyğəmbərimiz (səv)i öldürmək, sürgün etmək və ya həbs etmək istəyənlər və daha bir çoxları davamlı olaraq Peyğəmbərimiz (səv) a mane olmağa çalışmışlar.

Peyğəmbərimiz (səv) inkarçıların bu rəftarlarına daim səbr etmiş, böyük bir qətiyyətlə Allahın dinini təbliğ etmiş və müsəlmanları təhlükələrdən qoruyaraq onlara Quranı öyrətmişdir. Onun bu əzminin, müvəffəqiyyətinin və cəsarətinin əsasında Allaha olan güclü imanı, təvəkkülü və təslimiyyəti dayanır. Peyğəmbərimiz (səv) mağarada olduğu kimi hər vəziyyətdə Allahın onunla birlikdə olduğunu bilmiş, hər hadisəni Allahın yaratdığına və Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkildə nəticələndirəcəyinə iman etmişdir. Peyğəmbərimiz (səv)in bu hədisi-şərifi onun hər şeydə xeyir görən təvəkkülünə bir nümunədir:

"Mömin insanın vəziyyəti nə qədər çaşdırıcıdır. Çünki hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət, yalnız möminə xasdır, başqasına deyil: Ona məmnun olacağı bir şey gəlsə şükr edər bu isə xeyirdir, bir zərər gəlsə səbr edər bu da xeyirdir" .

Peyğəmbərimiz (səv) bu inancı ilə hadisələr qarşısında əlindən gələn bütün səyi göstərmiş, ancaq nəticənin Allaha aid olduğunu hər vaxt bilərək, Ona təvəkkül etmisdir. Allah onun bu gözəl təvəkkülü qarşısında onu daim güclü və müvəffəqiyyətli etmişdir.

Allah çətinlik yaradanlara qarşı Peyğəmbərimiz (səv)ə təvəkkül etməsini bildirmişdir və Peyğəmbərimiz (səv) də həyatı boyunca Rəbbimizin bu əmrinə uyğun olaraq davranmışdır. Ayədə belə buyurulur:

“Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr (bir yerə yığışıb) sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər”  (Nisa Surəsi, 81)

Mövzu ilə əlaqədar başqa bir ayədə də belə buyrulur:

“Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görür” (Ali İmran Surəsi, 20)

Peyğəmbərimiz (səv) bir sözündə isə təvəkkül edənlərin alacaqları mükafatı belə bir örnəklə açıqlamışdır:

"Siz Allaha haqqı ilə təvəkkül etsəniz quşlar kimi ruziləndirilərsiniz. Onlar ac gedər, tox dönərlər".

Hacı Nazif bəy. Qurandan bir ayə yazılı; " Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma ..." (İbrahim Surəsi, 42)

Möminlər üçün ən gözəl nümunə Peyğəmbərimiz (səv)in sözləri və rəftarıdır. Bu səbəblə hər hansı bir çətinliklə, nəfsinin xoşlanmadığı bir vəziyyətlə qarşılaşan hər mömin, Quran ayələrini hər şeyi yaradanın Allah olduğunu düşünərək, Peyğəmbərimiz (səv)in təvəkkülünü nümunə götürməli, hər hadisədə Allahın yaratdığı taleyə təslim olduğunu xatırlamalıdır.

 

PEYĞƏMBƏRİMİZİN (səv) İnsanlardan heç bir qarşılıq gözləmədən sadəcə Allahın razılığını axtarmışdır

İslam dininin ən əsas xüsusiyyətlərindən biri, insanın bütün həyatını Allah qorxusu üzərinə inşa etməsi və bütün ibadətlərini də yalnız Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün etməsidir. Allah bir ayəsində möminlərə "De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!" şəklində buyurur. (Ənam Surəsi, 162)

Quranda "Ancaq tövbə edənlər, islah edilənlər, Allaha sıx sarılanlar və dinlərini qatqısız olaraq Allah üçün (xalis) qılanlar; məhz onlar möminlərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir." (Nisa Surəsi, 146 ) ayəsiylə də möminlərə, dini yalnız Allah üçün, başqa heç bir məqsəd güdmədən yaşamaları əmr edilmişdir. Bir kimsənin Allaha möhkəm sarılması, Allahdan başqa bir ilah olmadığını bilərək, həyatını yalnız Onu razı etməyə həsr etməsi və hər nə olursa olsun Allaha olan sədaqətindən imtina etməməsi  adamın ixlas sahibi olduğunu göstərir.

İxlas sahibi bir mömin etdiyi işlər və ibadətlərlə Allahın xaricində bir başqasının sevgisini, razılığını, təqdirini, maraq və rəğbətini əldə etməyə çalışmaz. İxlas sahibi möminlərə ən gözəl nümunə Hz. Məhəmməd (səv) və digər peyğəmbərlərdir.

Peyğəmbərimiz (səv) yalnız Allahın razılığını axtarmış, heç bir mənfəət və ya dünyəvi bir qazanc düşünmədən, həyatı boyunca Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərmişdir.

De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram" 

(Sad Surəsi, 86)

De: “Mən sizdən bir haqq istəmişəmsə onu sizin üçün istəmişəm. Mənim haqqım ancaq Allahdan olacaqdır. O, hər şeyə Şahiddir”

(Səba surəsi, 47)

“Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca (məhv edib) əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər! “

(Möminlər Surəsi, 44)

 

PEYĞƏMBƏRİMİZ (səv)İn çətİnlİklər qarşısındakı gözəl rəftarı

Hz. Məhəmməd (səv) peyğəmbərliyi boyunca daha əvvəl də ifadə edildiyi kimi, müxtəlif çətinliklərlə qarşılaşmışdır. Qövmündən inkar edənlər və müşriklər ona qarşı son dərəcə incidici sözlər söyləmişlər, hətta cadugər və ya dəlidir demişlər, bəziləri də Peyğəmbərimiz (səv)i öldürmək belə istəmiş və bunun üçün planlar qurmuşdur. Buna baxmayaraq Peyğəmbərimiz (səv) hər mədəniyyətdən və xarakterdən insanlari öyrətməyə, onlara Quranı, bu səbəbdən gözəl əxlaqı, gözəl rəftarı öyrətməyə çalışmışdır.

Quran ayələrində bildirildiyi kimi, bəzi şəxslər ən vacib ədəb qaydalarından belə xəbərsiz olduğu üçün Peyğəmbərimiz (səv) kimi incə düşüncəli, üstün əxlaqlı bir insana çətinlik verə biləcəklərini düşünməmişlər. Peyğəmbərimiz (səv) isə bütün bunlara qarşı böyük bir səbir göstərmiş, hər vəziyyətdə Allaha yönələrək Allahın köməyini istəmiş və möminlərə də səbri və təvəkkülü tövsiyə etmişdir.

Allah Quranda Peyğəmbərimiz (səv)ə bir çox ayəsi ilə inkar edənlərin söylədiklərinə qarşı səbirli olmasını belə tövsiyə edir:

“Sən onların dediklərinə səbr et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə! “

 (Qaf Surəsi, 39)

“Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir”

(Yunus Surəsi, 65)

“Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik”

(Hicr Surəsi, 97)

Onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır.

(Hud Surəsi, 12)

Peyğəmbərimiz (səv)in nələrə səbir göstərərək üstün bir əxlaq sərgilədiyini düşünən möminlərin qarşılaşdıqları hadisələrdə özlərinə onu nümunə götürməsi lazımdır. Nəfslərinə zidd olan ən kiçik bir hadisədə ümidsizliyə qapılanlar, ən kiçik bir etiraz, dözümsüzlük göstərənlər, Allahın dinini izah etməkdən imtina ya da etdikləri ticarətdə müvəffəqiyyətsiz olunca bədbəxt olanlar, bu rəftarlarının Allahın Kitabına və Peyğəmbərimiz (səv) sünnəsinə uyğun olmadığını bilməlidirlər. İman edənlər, hər hadisədə səbr göstərib, Allahı vəkil tutub Ona həmd edərək, Peyğəmbərimiz (səv) kimi üstün bir əxlaq göstərməli və Rəbbimizin razılığını, rəhmətini və cənnətini ummalıdırlar.

“İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu”

(Kəhf Surəsi, 55)

 

PEYĞƏMBƏRİMİZ (səv) Yanındakılara DAİM ŞƏFQƏTLİ davranmışdır

Daha əvvəl də ifadə edildiyi kimi Peyğəmbərimiz (səv)in yanında hər xarakterdən, hər düşüncədən insan var idi. Ancaq Peyğəmbərimiz (səv) həyatı boyunca hər biri ilə tək-tək maraqlanmış, hər birinin əskiklərini və səhvlərini düzəltmək üçün onları xəbərdar etmiş, təmizliklərini imanlarına qədər onları hər cür mövzuda öyrətməyə çalışmışdır. Onun bu şəfqətli, sevgi dolu, anlayışlı və səbrli rəftarı, bir çox insanın ürəyinin dinə isinməsinə və Peyğəmbərimiz (səv)ə böyük bir səmimilik və sevgi ilə bağlanmalarına vəsilə olmuşdur. Allah Peyğəmbərimiz (səv)in ətrafındakılara göstərdiyi bu gözəl rəftarını Quranda belə bildirir:

“Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən  Allah təvəkkül edənləri sevir”

(Ali İmran Surəsi, 159)

Allah bir başqa ayəsində isə Peyğəmbərimiz (səv)ə ətrafındakılara qarşı necə davranması lazım olduğunu belə bildirmişdir:

“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! “

 (Qaf Surəsi, 45)

Peyğəmbərimiz (səv) ətrafındakılara dini çətinləşdirərək və ya şərt qoyaraq qəbul etdirməyə çalışmayıb, hər cür vəziyyətdə gözəlliklə izah etmişdir.

Peyğəmbərimiz (səv) güclü vicdanı ilə ümmətini hər istiqamətiylə sahiblənmiş, onlara hər mövzuda bir himayəçi olmuşdur. Bu xüsusiyyətlərindən ötəri Peyğəmbərimiz (səv) barəsində Quranın bir çox ayəsində "sahibiniz" (yoldaş, möhkəm dost, sahib) olaraq ifadə edilir. (Səba surəsi, 46/Necm Surəsi, 2 / Təkvir Surəsi, 22)

Peyğəmbərimiz (səv)in bu vicdanlı davranışını təqdir edib anlaya bilən möminlər də, onu özlərinə hər kəsdən daha yaxın görmüşlər və onu öz nəfslərindən daha üstün tutmuşlar. Bir ayədə Allah bunu belə bildirir:

“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır” 

(Əhzab Surəsi, 6)

Böyük İslam alimi İmam Qəzali hədis alimlərindən yığdığı məlumatlar ilə Peyğəmbərimiz (səv)in ətrafındakılara qarşı münasibətini belə yekunlaşdırmışdır:

"... Hüzurunda oturan hər kəsə mübarək üzündən nəsibini verər, iltifat edərdi. Buna görə huzurundaki hər kəs onun yanında özündən daha qiymətlisi olmadığı düşüncəsinə qapılırdı. Bəli onun oturuşu, dinləyişi, sözləri, gözəl lətifələri və təvəccöhü həmişə yanında oturanlar üçün idi. Bununla birlikdə onun məclisi həya , təvazu və təhlükəsizlik məclisi idi.

... Onlara hədiyyə verər və könüllərini xoş tutmaq üçün səhabələrini ləqəbi ilə çağırır, dəyişik ləqəb taparaq onunla xitab edərdi.

Hirslənməkdən son dərəcə uzaq və bir şeyə tez razılıq göstərən idi. İnsanlara qarşı insanların ən şəfqətlisiydi. Belə ki, insanların ən xeyirlisi insanlara xeyri toxunan, insanların ən yararlısı da insanlara faydalı olandır ".

Peyğəmbərimiz (səv)in ətrafındakıları dinə bağlayan və ürəklərini imana isidən insan sevgisi, incə düşüncəsi və şəfqəti bütün Müsəlmanların xüsusilə üzərində dayanmaları lazım olan bir əxlaq üstünlüyüdür.

G. Mesara Kolleksiyası, Hat, Esma-i Nəbi, Qurandan bir ayə: "Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik." (Ənbiya Surəsi, 107)

Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!”

(Tövbə Surəsi, 129)

“Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib (Allahdan) qorxsanız, sizə böyük bir mükafat verilər”

(Ali İmran Surəsi, 179)

 

PEYĞƏMBƏRİMİZ (səv)İn bütün insanlığa nümunəVİ ƏDALƏTİ

Allah Quranda möminlərə "Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır." (Nisa Surəsi, 135) şəklində buyurmaqdadır. Peyğəmbərimiz Hz. Məhəmməd (səv) həm müsəlmanlar arasında verdiyi hökmlər, həm digər din, dil, irq və qövmlərdən olan kəslərə qarşı ədalətli və şəfqətli mövqeyi, həm də Allahın ayəsində bildirdiyi kimi zəngin, kasıb ayirmadan hər kəsə bərabər davranmasıyla bütün insanlar üçün çox böyük bir nümunədir .

Allah bir ayəsində Rəsuluna belə buyurur:

“Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir”

(Maidə Surəsi, 42)

Peyğəmbərimiz (səv) bu çətin bir qövmün içində belə, Allahın əmrinə uymuş və heç bir zaman ədalətdən kənara çıxmamışdır. Daim "Rəbbim ədalətli olmağı əmr etdi". (Əraf Surəsi, 29) deyərək hər dövrdə bütün insanlara nümunə olmuşdur.

Hz. Məhəmməd (səv)in peyğəmbərliyi müddətində ədalətli davranisina nümunə təşkil edən bir çox hadisə yaşanmışdır. Peyğəmbərimiz (səv)in yaşadığı coğrafiyada çox müxtəlif din, dil, irq və qəbilədən insan bir yerdə yaşayırdı. Bu birliklərin bir yerdə dinclik və güvən içində yaşamaları, aralarına nifaq salmağa çalışanların təsirsiz buraxılmaları çox çətin idi. Ən kiçik bir sözdən və ya rəftardan dərhal bir qrup digərinə qarşı hirslənib hücum edə bilirdi. Ancaq Peyğəmbərimiz (səv)in ədaləti, müsəlmanlar üçün olduğu qədər bu birliklər üçün də bir dinclik və zəmanət qaynağı olmuşdur. Əsri Səadət dövründə Ərəbistan Yarımadasında Xristian, Yəhudi, bütpərəst, fərq qoymadan hər kəsə ədalətli davranmışdır. Peyğəmbərimiz (səv) Allahın "Dində məcburiyyət yoxdur." (Bəqərə Surəsi, 256) ayəsinə uyğun olaraq hər kəsə haqq dini izah etmiş ancaq seçim etmək mövzusunda sərbəst buraxmışdır.

Allah Peyğəmbərimiz (səv)a bir başqa ayəsində də fərqli dinlərdən insanlara qarşı necə bir ədalət və uyğunlaşma içində olması lazım olduğunu belə bildirmişdir:

“Buna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”

(Şura Surəsi, 15)

Peyğəmbərimiz (səv) Quran əxlaqına uyğun gələrək göstərdiyi bu gözəl davranışı bu gün fərqli dinlərdən insanların bir-birlərinə qarşı dəstək olmaları mövzusunda nümunə olmalıdır.

“Səndən öncəki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbr edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir”

(Furqan Surəsi, 20)

Peyğəmbərimiz (səv)in ədaləti fərqli irqlərdən insanlar arasında da uyğunlaşma təmin etmişdir. Peyğəmbərimiz (səv) bir çox xütbəsində, hətta Vida xütbəsində də irqlərə görə bir üstünlük ola bilməyəcəyini, Allahın ayəsində xəbər verdiyi kimi "üstünlüyün təqvaya görə olacağını" bildirmişdir. Ayədə belə buyurulur:

“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”

(Hucurat Surəsi, 13)

Peyğəmbərimiz (səv) isə iki ayrı hədisində belə buyurmuşdur:

"Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar şübhəsiz irqləriylə öyünməyə qapılmamalıdırlar".

"Sizin bu soyunuz-kökünüz kimə üstünlük və qürur göstərməyə səbəb olacaq şey deyil. (Ey insanlar)! Hamınız Adəmin övladlarısınız. Hamınız bir ölçü içindəki bir-birinə bərabər buğda dənələri kimisiniz. Halbuki, heç kimin heç kimə din və təqva müstəsna üstünlüyü yoxdur. İnsana pis olması üçün: başqalarını tənqid etməsi, kiçik görməsi, xəsis, pis xasiyyətli, hədd və hüdudu aşmasi yetər ".

Peyğəmbərimiz (səv) Vida Xütbəsində də Müsəlmanlara belə xitab etdi:

"Soylarla fəxr edilməz. Ərəblər, Ərəb olduqlarından qeyri ərəblərin; qeyri ərəblərin də, naşı olduqlarından ərəblərdən üstün sayıla bilməzlər. Çünki Allah qatında ən uca olanınız, ona qarşı gəlməkdən ən çox qaçanınızdır (ən təqvalınız) " .

Ərəb Yarımadasının cənub hissəsindəki Xristian Nəcran xalqı ilə edilən bir anlaşma da Peyğəmbərimiz  (səv)in ədalətinə çox gözəl bir nümunədir. Bu müqavilənin maddələrindən biri belədir:

"Nəcranlıların və maiyetindekilerin canları, malları, dinləri varları və yoxları, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Allahın peyğəmbərinin zəmanəti (himayəsi) altına alınacaq".

Peyğəmbərimiz (səv)in Xristian, Yəhudi və müşrik qruplarla imzaladığı Mədinə müqaviləsi də əhəmiyyətli bir ədalət nümunəsidir. Fərqli inanclara sahib birliklər arasında ədalətin təmin edilməsi və hər birliyin maraqlarının güdülməsi üçün hazırlanan bu müqavilə sayəsində illərcə düşmənçilik içində yaşayan birliklərə sülh gətirilmişdir. Mədinə vəsiqəsinin ən diqqətə çarpan xüsusiyyətlərindən biri inanc azadlığını təmin etməsidir. Bu mövzu ilə əlaqədar maddə belədir:

"Mən-i Avf Yəhudiləri möminlərlə birlikdə eyni ümmətdirlər, Yəhudilərin dinləri özlərinə, Müsəlmanların dinləri də özlərinədir"

Mədinə müqaviləsinin maddələrindən birində "Bizə tabe olan Yəhudilər heç bir haqsızlığa məruz qalmadan və düşmənlərimizlə ilə köməkləşməyəcəyi təqdirdə kömək və dəstəyimizi qazanacaqlar" deyə bildirilmişdir. Peyğəmbərimiz (səv)dən sonra da səhabələri Peyğəmbərimiz (səv)in müqaviləyə yazdırdığı bu hökmə sadiq qalmışlar və eyni hökmü Bərbəri, Buddist, Brahman və bənzəri inanclara sahib kəslər üçün də yerinə yetirilmişdir.

Əsri Səadət dövrünün sülh, dinclik və təhlükəsizlik içində keçməsinin ən əhəmiyyətli səbəblərindən biri Quran əxlaqına uyğun gələn Peyğəmbərimiz (səv)in ədalətli mövqeyidir.

Peyğəmbərimiz (səv)in ədaləti müsəlman olmayan kəslərdə də bir rahatlıq duyğusu oyandırmışdır və müşriklərdən də Peyğəmbərimiz (səv)in himayəsi altına girmək istəyənlər olmuşdur. Allah Quranda müşriklərin bu tələblərini bildirmiş və eyni zamanda Peyğəmbərimiz (səv)ə bu kəslərə qarşı necə davranması lazım olduğunu da vəhy etmişdir:

“Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır. Məscidulharamın yanında saziş bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir”

(Tövbə Surəsi, 6-7)

İndiki vaxtda da dünyanın dörd bir yanında meydana gələn qarşıdurmaların, döyüşlərin, narahatlıqların tək həlli Quran əxlaqına uyğun gəlmək və Peyğəmbərimiz (səv) kimi din, dil və ya irqi ayrı-seçkilik güdmədən, ədaləti qoruyub saxlamaqdir.

Hacı Nazif bəy. Qurandan bir ayə yazılı; "... İnsanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir." (Nisa Surəsi, 58)

“Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir”

(Hud Surəsi, 56)

“Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları (günahlara) görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər”

(Kəhf Surəsi, 58)

 

PEYĞƏMBƏRİMİZİ (səv)ə İtaət edən Allaha İtaət etmİş olar

Allah bütün insanları göndərdiyi elçilərə riayət edərək və onlara itaət etməklə məsul tutmuşdur. Elçilər Allahın əmrlərini yerinə yetirən, insanlara Allahın vəhyini çatdıran və hərəkətləri ilə, danışıqları ilə, qısacası bütün həyatları ilə insanlara Allahın ən razı olacağı insan modelini və həyatın necə yaşanması lazım olduğunu göstərən mübarək insanlardır. Allah Quranda elçilərinə uyanların qurtuluşa çatacaqlarını bildirmişdir. Bu səbəblə Peyğəmbərimiz (səv)ə itaət əhəmiyyətli bir ibadətdir. Allah itaət mövzusunun əhəmiyyətini Quranda belə xəbər verir:

“Biz hər bir elçini Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər”

(Nisa Surəsi, 64)

“Allaha və (Onun) Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”

(Nisa Surəsi, 69)

Quranın bir çox ayəsində isə peyğəmbərlərə itaət edənlərin əslində Allaha itaət etmiş olduqları bildirilir. Elçilərə əks isə həqiqətdə Allaha qarşı gəlmişlər. Bu ayələrdən bəziləri belədir:

“Kim Peyğəmbərə itaət edərsə Allaha itaət etmiş olar, kim üz çevirərsə (bil ki) Biz səni onlara gözətçi göndərməmişik”

(Nisa Surəsi, 80)

“Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər”

(Fəth Surəsi, 10)

Peyğəmbərimiz (səv) də hədis-i şəriflərində itaətin əhəmiyyətini xatırlatmış və belə buyurmuşdur:

"Kim mənə itaət etsə şübhəsiz ki, Allaha itaət etmişdir. Kim də mənə üsyan etsə şübhəsiz ki Allaha üsyan etmişdir"

Allah Quranda Peyğəmbərimiz (səv)in möminlər üçün bir qoruyucu və idarəçi olduğunu bildirir. Bu səbəblə Müsəlmanlar hər mövzuda Peyğəmbərimiz (səv)ə danışır, onun fikrini və razılığını alaraq bir işə başlayardılar. Ayrıca aralarında anlaşılmazlığa düşdükləri mövzularda həll tapa bilmədikləri və ya ümmətin təhlükəsizliyinə, sağlamlığına, iqtisadi vəziyyətinə istiqamətli bir xəbər öyrəndiklərində bunları da dərhal Peyğəmbərimiz (səv)ə çatdırar və ondan ən xeyirli və etibarlı həll və ya üsulu öyrənərək tətbiq edərdilər.

Bu, Allahın Quranda möminlərə əmr etdiyi çox əhəmiyyətli bir əxlaqdır. Məsələn Allah bir ayəsində bütün xəbərlərin peyğəmbərə və ya onun özünə vəkil etdiyi şəxslərə çatdırılmasını əmr etmişdir. Ayədə belə buyurulur:

“Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı əlbəttə az bir qisminiz istisna olmaqla (ha-mınız) şeytana uyardınız”

(Nisa Surəsi, 83)

Bu əlbəttə ki bir çox xeyiri və hikməti olan bir əmrdir. Hər şeydən əvvəl Peyğəmbərimiz (səv)in hər əmri və hökmü Allah tərəfindən qorunur. Bu səbəbdən verdiyi qərarlar daim xeyir olar. Ayrıca Peyğəmbərimiz (səv) ümmətin ən ağıllı və hikmətli adamıdır. İnsan hər işində təbii olaraq ən layiqli, ən yüksək ağla və vicdana sahib olan, ən çox güvəndiyi və əmin olduğu adamala məsləhətləşmək, bir xəbəri nəticə çıxarması üçün ona bildirmək istəyir.

Peyğəmbərimiz (səv)in bütün bu xüsusiyyətlərinin yanında, bütün xəbərlərin tək bir adamda toplanmasının bir hikməti də bu xəbərlərin bütünündən daha ağıllı və sağlam şərhlərlə izah etməsidir. Allah bir başqa ayəsində isə möminlərin aralarındakı anlaşılmazlıqlarda Peyğəmbərimiz (səv)i hakim tutmalarını bildirmişdir. Bu cür  həll olunmasinda çətinlik çəkilən məsələlərin dərhal Peyğəmbərimiz (səv)ə çatdırılması Allahın əmridir və bu da ağla, vicdana və ədəbə uyğundur. Həmdəki Peyğəmbərimiz (səv)in verdiyi hökmə könüldən və heç bir şübhə etmədən itaət etmək son dərəcə əhəmiyyətlidir. Onun verdiyi qərar o insanın mənfəətləri ilə ziddiyyət təşkil etsə də həqiqətən iman edənlər bu vəziyyətdən heç bir narahatçılıq hiss etməz və dərhal razı olaraq peyğəmbərin hökmünə itaət edərlər. Allah bu əhəmiyyətli itaət xüsusiyyətini Quranda belə bildirmişdir:

“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”

(Nisa Surəsi, 65)

Peyğəmbərimiz (səv)in bütün qərarlarının daim Allahın qüdrəti altında olduğunu fərq edə bilməyən bəzi zəif imanlı ya da ikiüzlü insanlar, Peyğəmbərimiz (səv)in hər mövzudan xəbərdar olaraq məlumatlandırılmasına qarşı çıxmış və bu mövzuda fitnə çıxarmağa çalışmışlar. Bu vəziyyətin bildirildiyi ayə belədir:

“Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “(O) (hər sözü eşidən) bir qulaqdır!” deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Elçisinə əziyyət verənlər üçün isə üzücü bir əzab vardır”

(Tövbə Surəsi, 61)

Bu kəslər imanın özünü qavraya bilmədikləri və Peyğəmbərimiz (səv)i təqdir edib tanıya bilmədikləri üçün onun hər şeydən xəbərdar olmasını cahiliyyət zehniyyəti ilə qiymətləndirmişlər. Çünki cahil insanlar sahib olduqları məlumatları xeyir, gözəllik, insanların yaxşılığı və təhlükəsizliyi üçün istifadə etməzlər. Onlar bunu ancaq dedi-qodu və fitnə üçün istifadə edir, insanları bir-birinə qarşı qoyaraq tələlər qurmağa çalışırlar. Halbuki, Peyğəmbərimiz (səv) özünə gələn hər xəbərlə həm müsəlmanların həm də müdafiəsi altındakı digər insanların təhlükəsizliyini, sağlamlığını, dincliyini təmin etmiş, mümkün təhlükələri aradan qaldıraraq, möminlərə qurulan tələləri pozmuş, iman zəifliyi içində olanları taparaq  onların imanlarını gücləndirəcək tədbirlər almış, möminləri zəiflədəcək, şücaətlərini qıracaq bütün ehtimalların qarşısını kəsmiş, möminlərə gözəllik və xeyir gətirəcək hər cür üsullar təyin etmişdir. Bu səbəblə Allah ayələrdə onun "bir xeyir qulağı" olduğunu bildirmişdir. Peyğəmbərimiz (səv)in hər sözü, hər qərarı, hər tədbirləri möminlərə və əslində bütün insanlara xeyir və gözəllik gətirmişdir.

“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik dönüş də yalnız Sənədir!”

(Bəqərə Surəsi, 285)

 

PEYĞƏMBƏRİMİZİ (səv) İNSANLARIN vİcdanlarını təsİr edəcək ŞƏKİLDƏ Hİkmətlİ xəbəRlər verib qorxutmuşdur

Peyğəmbərimiz (səv)ə Quran vəhy edildikdən etibarən həyatı boyunca insanları Allahın dininə çağırmış, onlara doğru yolu göstərərək rəhbərlik etmişdir. Quranın bir ayəsində Peyğəmbərimiz (səv)in belə xitab etməsi bildirilir:

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”

(Yusuf Surəsi, 108)

Quran ayələrindən aydın olduğu kimi Peyğəmbərimiz (səv) insanları xəbərdar edib qorxudarkən və onlara Quranı, gözəl əxlaqı öyrədərkən bir çox çətinliklərlə qarşılaşmışdır. Hər kəs hidayət əhli olmadığı üçün qısqanclığından, kinindən, Peyğəmbərimiz (səv)ə çətinlik yaradan, söylədiyi sözü qavrayamayanlar, başa düşdüyü halda eşitməməzlikdən gələnlər Peyğəmbərimiz (səv)in söylədiklərinə inandım dediyi halda həqiqətdə inanmayıb iki üzlü işlər görənlər və buna bənzər pis əxlaq göstərənlər olmuşdur. Peyğəmbərimiz (səv) bunlara baxmayaraq heç bir zaman qorxmadan dini izah etməyə böyük bir qətiyyətlə davam etmişdir. Bu kəslərin rəftarları bir ayədə belə açıqlanır:

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”  

(Ali İmran Surəsi, 119)

De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və qayıdışım da yalnız Onadır!”

(Rəd Surəsi, 36)

Peyğəmbərimiz (səv)in münafiqlərə qarşı rəftarı və dözümlülüyü isə ayədə belə bildirilir:

“Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və qayıdışım da yalnız Onadır!”

(Rəd Surəsi, 36)

Peyğəmbərimiz (səv) münafiqləri xəbərdar etməyə davam etmiş, dinə və özünə qarşı düşmənçilik bəsləmələrinə baxmayaraq bəlkə imtina edərlər və hidayət taparlar deyə onlara dini ən təsirli şəkildə izah etmişdir. Münafiqlərin Peyğəmbərimiz (səv)in izah etdiklərinə qarşı göstərdikləri rəftar isə” Nisa” surəsində belə xəbər verilir:

“Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən”  

(Nisa Surəsi, 60-61)

Münafiqlərin bu iki üzlü rəftarlarına baxmayaraq Peyğəmbərimiz (səv) onlara öyüd-nəsihət vermiş, onların vicdanlarına təsir edərək doğrunu görmələrini təmin edəcək şəkildə onlarla danışmışdır. Bir ayədə belə buyurulur:

“Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə”  

(Nisa Surəsi, 63)

Özünə düşmən olan insanlara öyüd vermək, səhvlərini açıq şəkildə söyləyərək onları doğru yola çağırmaq əlbəttə ki, çətin bir məsuliyyətdir. Ancaq, Peyğəmbərimiz (səv) kimi Allaha güvənən, hidayəti verənin Allah olduğunu bilən, insanlardan deyil yalnız Allahdan qorxub çəkinən bir insan üçün hər işdə olduğu kimi bunda da Allahın köməyi və asanlıqları vardır.

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”

(Yusuf Surəsi, 108)

Allah Quranın bir çox ayəsində pozğunluq içində olan insanları doğru yola yönəltmək, onları təmizləmək və onlara ayələrini öyrətmək üçün elçilərini göndərdiyini bildirir. Yuxarıda da ifadə edildiyi kimi Peyğəmbərimiz (səv) Allahın ona verdiyi bu məsuliyyəti böyük bir səbr, şövq və qətiyyətlə həyatı boyunca davam etdirmişdir. Vəfatına çox yaxın bir zamanda Vida Xütbəsində belə müsəlmanları öyrətməyə və onlara öyüd-nəsihət verməyə davam etmişdir.

Allahın Peyğəmbərimiz (səv)ə verdiyi bu gözəl məsuliyyətlər ayələrdə belə bildirilir:

“Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik”  

(Bəqərə Surəsi, 151)

“Allah möminlərə, öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər”

(Ali İmran Surəsi, 164)

“Savadsızlara özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın) ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər”  

(Cümə Surəsi, 2)

Allah bir ayəsində Peyğəmbərimiz (səv)in nəsihətlərinin xatırlatma və qorxutma olduğunu inananlar üçün "həyat verəcək şeylər" olduğunu bildirir. Ayədə belə buyurulur:

“Ey iman gətirənlər! (Peyğəmbər) sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız”  

(Ənfal Surəsi, 24)

Bu səbəblə Peyğəmbərimiz (səv)in çağırış və öyüdləri hər hansı bir insanın çağırışı kimi deyil. Bu çağırışlara tabe olmaq, insanın dünyada və axirətdə qurtuluşu deməkdir. Peyğəmbərimiz (səv)in hər çağırışında insanı pisliklərdən, zülmdən, bədbinliklərdən, əzabdan qurtaracaq hikmətlər vardır. Peyğəmbərimiz (səv)in hər öyüdü Allahın ilhamı olduğu üçün səmimi bir müsəlman bu öyüdlərə könüldən təslim olaraq hidayət tapar.

Peyğəmbərimiz (səv)in günümüzə çatan sözlərində onun möminlərə verdiyi gözəl nəsihətlər də var. Bunlardan biri səhabəsi Muaz (r.a)a verdiyi öyüd-nəsihətdir. Ona belə söylədiyi bildirilir:

"Muaz! Sənə Allahdan qorxmağını, sözün doğrusunu söyləməyinə, sözündə durmagını, əmanətə toxunmamağını, xəyanətdən uzaq olmağını, qonşu haqqını qorumağı, yetimə qayğı göstərməyi, şirin sözlülüyü, bol-bol salam verməyini, işin yaxşısını etməyini, az tamahkarlığı, imana sarılmağını, Quranı dərinliyinə qədər anlamanı, axirət sevgisini, hesabdan qorxmağını, təvazö qanadlarını endirməyini tövsiyə  edirəm.

Muaz! Səni hikmət sahiblərinə söyməkdən, doğru söyləyənə yalan danışmaqdan, günahkara boyun əyməkdən, ədalətli bir hökmdara qarşı çıxmaqdan, yer üzündə fitnə törətməkdən uzaq olmağı tövsiyə edirəm.

Muaz! Sənə hər daşın, ağacın və divarın yanında harada olursan ol Allahdan qorxmağını, işlədiyin hər günahın ardından gizlisini gizli, aşkar olanına da aşkar tövbə etməyini tövsiyə edirəm ".

Peyğəmbərimiz (s.əv.) yaxınlarını və müsəlmanları belə öyrətmiş və onları hər zaman gözəl xasiyyətli olmağa çağırmışdır.

Sami Əfəndi (1838-1912). Cel'i daxilində lövhə. Kəlam-ı nəzakətli; "Hikmətin başı Allah qorxusudur."

“Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”

(Bəqərə Surəsi, 257)

“Məgər onlara özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud camaatının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər”

(Tövbə Surəsi, 70)

“İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar”

(Ənkəbut Surəsi, 2-4)

 

PEYĞƏMBƏRİMİZ (səv) danışıqlarında DAİM Allahı zİkr edərdİ

Peyğəmbərimiz (səv) Allahın "Onu tərifləyərək Uca tut" (İsra Surəsi, 111) ayəsiylə bildirdiyi əmrinə uyğun olaraq bir mövzunu izah edərkən, möminlərə öyüd-nəsihət verərkən, insanlara səslənərkən və ya dua edərkən həmişə Rəbbimizi ən uca və ən gözəl adları ilə anar, Onun gücünü, üstünlüyünü və böyüklüyünü zikr edərdi. Allah Peyğəmbərimiz (səv)ə insanlara necə xitab etməsi lazım olduğunu bu ayələrlə bildirmişdir:

De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”. De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir” (Ali İmran Surəsi, 26-27-29)

De ki: " Hökm yalnız Allahındır. O, doğru xəbəri verər və O, ayırd edənlərin ən yaxşısıdır." (Ənam Surəsi, 57)

De ki: "Ey insanlar, mən Allahın sizin hamınıza göndərdiyi bir elçisiyəm (peyğəmbəri). Ki göylərin və yerin hökmü Onundur. Ondan başqa ilah yoxdur, O dirildir və öldürür. Elə isə Allaha və ümmi peyğəmbər olan Rəsuluna iman edin. O da Allaha və Onun sözlərinə inanır. Ona iman gətirin ki hidayətə çatmış olarsınız”  (Əraf Surəsi, 158)

De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”. (Kəhf Surəsi, 109)

De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (İxlas Surəsi, 1-4)

“Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, (qoy bilsin ki) Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir”.

(Ənkəbut Surəsi, 5)

Kim cəhd etsə (səy göstərsə)  yalnız öz nəfsi üçün cəhd etmiş olar. Həqiqətən  Allahın aləmlərə ehtiyacı yoxdur”.

(Ənkəbut Surəsi, 6)

Peyğəmbərimiz (səv) bir müsəlmana öyüd-nəsihət verərkən də ona əvvəl Allahın ucalığını xatırlatmış və belə demişdir:

"Allahdan başqa heç bir ilah yoxdur, o təkdir, şəriksizdir. Ərş və səmanın mülkü Ona məxsusdur. Bütün həmdlər Onadır, O hər şeyə qadirdir." de ... Qovulmuş şeytandan Allaha sığın ".

Peyğəmbərimiz (səv)in hər halını, əxlaqını və təqvasını özünə örnək alan, Qurana və Peyğəmbərimiz (səv)in sünnəsinə uyğun olaraq hər möminin danışması da insanlara Allahı, Onun gücünü və böyüklüyünü xatırladan, daim Allahı çağıran, insanlara Allahı sevdirən və Ondan qorxub çəkinmələrinə vəsilə olan bir üslubda olmalıdır. Möminin hər sözündə Allahı unutmadığı, hər zaman Rəbbimizə yönəldiyi müəyyən olmalıdır.

Peyğəmbərimiz (səv) möminlərə hər zaman Allahı sevmələrini və özünü də Allahı sevdikləri üçün sevmələrini nəsihət etmişdir. Bir hədisdə belə bildirilir:

"Sizə vermiş olduğu nemətlərindən ötrü Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin" .

 

PEYĞƏMBƏRİMİZ (səv) "müjdə verən" İDİ

Allah "Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik" (Əhzab Surəsi, 45) ayəsində Peyğəmbərimiz (səv)in bir müjdəçi və xəbərdarçı olduğunu bildirir. Peyğəmbərimiz (səv) insanları həm cəhənnəm əzabına qarşı xəbərdar edib qorxutmuş, həm də onları dünyada yaxşıların daim üstün gələcəyi, axirətdə isə sonsuz cənnət həyatı ilə müjdələmişdir. Peyğəmbərimiz (səv) bu xüsusiyyəti Quran ayələrində belə bildirilir:

“Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən (bir peyğəmbər) göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan”.

(Bəqərə Surəsi, 119)

“Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də ancaq müjdə verən və xəbərdar edən (bir elçi )kimi göndərdik”

(İsra Surəsi, 105)

“Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan”

 (Şuəra Surəsi, 192-194)

“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir”  

(Səba Surəsi, 28)

Peyğəmbərimiz (səv)i nümunə götürərək onun sünnəsinə uyanlar da onun kimi insanları xəbərdar edən və onlara müjdələr verən kəslər olmalıdırlar. Necə ki Peyğəmbərimiz (səv) də ümmətinə müjdə verənlərdən olmalarını belə buyurmuşdur:

"Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. Bir-birinizlə yaxşı dolanın, ixtilafa düşməyin"

Müjde vermək möminlərin şövq və həyəcanlarını artırar, etdikləri yaxşı işlər daha çalışqan və müvəffəqiyyətli olmalarına vəsilə olar. Etdiyi işi, qarşılığını cənnətdə bir gözəllik olaraq alacağını ümid  edən adam, əlbəttə ki işini monotonluq içində, bir vərdişlə və ya məcburiyyətdən edən adamdan daha çox fərqli bir ruh halı və rəftar içində olacaq. Allah bu səbəblə Peyğəmbərimiz (s.ə,v) a "Möminləri də (döyüşə) təşviq et!" (Nisa Surəsi, 84) şəklində buyurmuşdur.

Allah bir başqa ayəsində isə, "Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır" (Əhzab Surəsi, 47) şəklində bildirir. Allahın əmrinə və Peyğəmbərimiz (səv)in əxlaqına uyğun olaraq hər mömin, bütün Müsəlmanları müjdələmək və onları təşviq edərək şövqləndirmək məsuldur. Mənfi danışmaq, asan olan işləri çətin kimi göstərib möminləri döndərməyə çalışmaq, gözəllikləri, Allahın Quranda verdiyi müjdələri unutduraraq Müsəlmanları qəflətə salmaq müsəlmana yaraşan bir rəftar deyil. Quran əxlaqına uyğun olan Peyğəmbərimiz (səv) kimi Allahın Müsəlmanlara vəd etdiyi gözəllikləri tez-tez xatırlatmaq və onları həmişə canlı və şövqlü tutmaqdır.

Hüseyn Müqəddəs, "MaşaAllah" yazılı xətt.

Peyğəmbərimiz (səv)ə müjdələməsi əmr edilən mövzulardan biri Allahın günahları bağışlayan olmasıdır:

... (Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”

(Zumər Surəsi, 53)

“Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən  O, Bağışlayandır, Rəhmlidir”.

(Ənam Surəsi, 54)

Digər bir müjdə mövzusu isə cənnətdir:

De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür.

(Ali İmran Surəsi, 15)

 

“İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə (dünyada) bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara (dünyadakının ) oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar”

(Bəqərə surəsi, 25)

 

PEYĞƏMBƏRİMİZ (səv) qövmünə ÖZÜNÜN DƏ BİR İNSAN olduğunu xatırlatmışdır

İnkar edənlərin əsas xüsusiyyətlərindən biri qürurdur. Bu qürurları səbəbiylə Allahın elçilərinə itaət etməyi rədd etmiş və itaət etməmək üçün müxtəlif bəhanələr udurmuşlar. Bu bəhanələrinin biri isə elçilərə ancaq fövqəlbəşər bir varlıq olsalar itaət edəcəklərini bildirmələridir. Peyğəmbərimiz (səv) isə qövmünə özünün Allaha qul olan bir insan olduğunu, onların bu gözləmələrinin yersiz olduğunu və qurtuluşa çatmaq üçün Allaha yönəlmələrini söyləmişdir. Bu mövzudakı Quran ayələrində Allah  Peyğəmbərimiz (səv)a bunları söyləməsini əmr etmişdir:

De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”

(Kəhf Surəsi, 110)

De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı əlbəttə onlara göydən bir mələk (elçi) göndərərdik”. De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”.

(İsra Surəsi, 95-96)

Peyğəmbərimiz (səv) qövmünə özünün də Müsəlman olmaqla və Allaha itaət etməklə əmr olunduğunu və özünün yalnız xəbərdarliq etməklə məsul olduğunu, inkar edənlərin rəftarlarından məsul tutulmayacağını da bildirmişdir. Bunu xəbər verən ayələr belədir:

De: “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, (Rəbbim) onu haram buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. (Haqq yoldan) azana isə (belə) de: “Mən ancaq xəbərdar edənlərdənəm!” De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək siz də onları tanıyacaqsınız. Rəbbim sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!”

(Nəml Surəsi, 91-93)

“Səbr et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. Həqiqətən də Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir”.

(Nəhl Surəsi, 127-128)

“Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar qurduqları hiylələrə görə Allah dərgahında rəzil olacaq və şiddətli əzab çəkəcəklər”.

(Ənam Surəsi, 124)

“Sizə bir uğur nəsib olsa (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən Allah onların nə etdiklərini əhatə edir”.

(Ali İmran Surəsi, 120)

 

PEYĞƏMBƏRİMİZ (səv) MÜSƏLMANLARIN Çətİnlİklərİnİ ASANLAŞDIRMIŞDIR

Peyğəmbərimiz (səv) yuxarıda sayılan xüsusiyyətləri ilə möminlərin ağıllarına gəlməyəcəkləri və ya çətinliklə edəcəkləri işlərdə onlara yol göstərmişdir. Bununla yanaşı insanların bir qismi öz-özlərinə zülm etməyə, özlərinə çətinlik törətməklə, öz ağıllarından qaydalar çıxarıb, bu qaydalara riayət edərək nicat tapacaqlarına inanmalarıdır. Tarix boyunca dinlərin təhrif edilməsinin altında yatan səbəblərdən biri də insanların bu xüsusiyyətidir. Bir çox birlik dində olmayan qaydalar uydurmuş, bunlara riayət edilərsə da təqvalı olacaqlarına özlərini və insanları inandırmışlar. Peyğəmbərimiz (səv)in ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə, insanlar üzərindəki bu öz əlləriylə meydana gətirdikləri çətinlikləri aradan qaldırmasıdır. Allah bir ayəsində Peyğəmbərimiz (səv)in bu xüsusiyyətini belə bildirir:

“O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”.

 (Əraf Surəsi, 157)

Ayədə bildirilən "ağır yük" və "zəncirlər" insanların üzərlərindəki çətinliklərdir. Peyğəmbərimiz (səv) isə həm həyatı ilə onlara nümunə olub, həm də ayədə bildirildiyi kimi onları yaxşılığa dəvət edib, pisliklərdən çəkindirərək, insanların üzərlərindən çətinlikləri aradan qaldırmışdır.

Peyğəmbərimiz (səv)in ən gözəl nümunə olduğu mövzulardan biri də təqvası yəni sadəcə Allahın rizasını gözləyən rəftarıdır. Peyğəmbərimiz (səv) yalnız Allahdan qorxub çəkindiyi və heç bir zaman insanların istəklərinə uymadığı üçün daim ən doğru yolda olmuşdur. Quran əxlaqının bu xüsusiyyəti insan üçün böyük bir asanlıq və gözəllikdir. İnsanları məmnun etməyə, özünü onlara bəyəndirməyə çalışan, həm Allahın, həm də insanların razılığını axtararaq, təqdir və tərif arxasından qaçan kəslər üçün hər etdikləri iş böyük bir ağırlıqdır. Belə insanlar həm içlərindən gəldiyi kimi səmimi, azad düşünüb davranamazlar, həm də hər insanı eyni anda məmnun edə bilməyəcəkləri üçün axtardıqları tərif və təqdiri də tapa bilməzlər. Ən kiçik bir səhvlərində belə çaxnaşmaya düşər, gözünə girməyə çalışdıqları kəslərin narazı olduqlarını gördükdə onların hörmət və etibarını itirmə qorxusunu daşıyırlar.

Halbuki, sadəcə Allahın rizasını gözləyən, yalnız Allahdan qorxub çəkinən Müsəlmanlar heç bir zaman bacara bilməyəcəkləri və onlara dünyada və axirətdə çətinlik və itki gətirəcək bir yükün altına girməzlər. Heç bir zaman insanların məmnuniyyəti, nə düşündükləri, qınanılacaqları kimi mövzuları düşünməzlər. Bu səbəblə hər vaxt rahat və dinclik içindədirlər. Bir səhvləri olduğunda da bunun hesabını yalnız Allaha verəcəklərini, yalnız Allahdan bağışlanma diləmələri lazım olduğunu bildikləri üçün yenə bir çətinlik və narahatlıq içində olmazlar.

Budur,Peyğəmbərimiz (səv) həm sözləri həm də halı ilə möminlərə ixlasla yaşamağı öyrətmiş və bütün insanlıq üçün ağır bir yük olan "insanların razılığını güdməyi" onların üzərindən götürmüşdür. Əlbəttə bu, Peyğəmbərimiz (səv)in inananların üzərindən götürdüyü çətinliklərdən yalnız biridir. Hz. Məhəmməd (səv) bu şəkildə dünyada və axirətdə xeyir və gözəllik gətirəcək bir çox mövzuda bütün Müsəlmanlara nümunə olmuşdur.

Allah ixlaslı bir insanla Allaha şərik və şəriklər qaçan kimsənin bir olmayacağını ayədə belə bildirir:

“Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir”.

(Zumər Surəsi, 29)

Peyğəmbərimiz (səv)in möminlərin onlardan qaldırdığı tək çətinlik şirk deyil. Peyğəmbərimiz (səv) insanlara ağır gələn, onlara çətinlik verən hər cür çətinliyi aradan götürmüş, onları ən asan və ən gözəl olana çağırmış və hər şeyin həllini göstərmişdir. Bu səbəblə Peyğəmbərimiz (səv)in sünnəsinə uyanlar dinc və asan bir həyat yaşayarlar. Peyğəmbərimiz (səv)in bu mövzudakı hədis-i şəriflərindən bəziləri belədir:

"... Sən, yəqin bir imanla, tam bir razılıq ilə Allah üçün işə müqtədir olaraq çalış; əgər buna müqtədir ola bilməzsənsə xoşuna gəlməyən şeydə səbirdə çox xeyr var. Bunu da bil ki nüsrət səbirlə birlikdə gəlir, qurtuluş da çətinliklə gəlir, çətinlikdə də asanlıq vardır, bir çətinlik iki asanlığa əsla məğlub etməyəcəkdir "

"Çətinlik gəlib bu qayanın içinə girsə mütləq asanlıq arxasından gəlib içəri girər və oradan çətinliyi çıxarar"

“Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır”

(Tövbə Surəsi, 16)

“O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”

(Əraf Surəsi, 157)

 

PEYğəMBəRİMİZ (səv) MÖMİNLƏRƏ ÇOX SADİQ VƏ Şəfqətlİydİ

Peyğəmbərimiz (səv) çox şəfqətli, anlayışlı, sevgi dolu bir insan idi. Dostlarının, yaxınlarının, özünə tabe olan bütün möminlərin maddi və mənəvi hər cür problemi ilə maraqlanar, sağlamlıqları, təhlükəsizlikləri, sevinci üçün bütün tədbirlər görər, onlara qoruyucu qanadlarını gərər, imanını və təqvalarını davamlı möhkəmlədərək axirət həyatlarını düşünərdi. Peyğəmbərimiz (səv)in  bütün insanlığa nümunə olan gözəl xüsusiyyətləri ayələrdə belə bildirilir:

“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir”

(Tövbə Surəsi, 128)

“Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!”

(Şuəra Surəsi, 215)

Peyğəmbərimiz (səv)in öyrətdiyi möminlər də onun gözəl xüsusiyyətlərini özlərinə nümunə götürdükləri üçün Quranda da zikr edilərək bütün insanlığa edilən fədakarlıqlarda şəfqətli və mərhəmətli rəftarlarda olduqlarını bildirmişlər.  Bir ayədə möminlərin bir-birləri üçün etdikləri fədakarlıq belə izah edilər:

“Mühacirlərdən Mədinədə yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır” (Həşr Surəsi, 9)

“Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar”

(Nəml Surəsi, 89)

“Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?”

(Nəml Surəsi, 90)

Peyğəmbərimiz (səv)in öyrətdiyi və Quran ayələrinə könüldən bağlı möminlər əsirlərə qarşı belə qoruyucu rəftarlar göstərmişlər. Onların bu nümunə əxlaqları ayələrdə belə bildirilir:

“Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də  minnətdarlıq gözləmirik! Əslində biz Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”

(İnsan Surəsi, 8-10)

Peyğəmbərimiz (səv) səhabələrinə də mərhəmətli olmalarını xatırlatmış və onlara ən gözəl nümunə olmuşdur:

"Mərhəmət edin, mərhəmət olunasınız. Əfv edin, əfv olunasınız. Təəssüf günahlarına bilərək davam edib, istiğfar etməyənlərə."

"Mərhəmət etməyənə mərhəmət edilməz."

 

PEYĞƏMBƏRİMİZ (səv)İn mömİnlər üçün bağışlanma dİləməsİ və dua etməsİ

Peyğəmbərimiz (səv)in möminlərə olan sevgisinin və düşkünlüyünün bir nəticəsi olaraq onların səhvləri üçün Allahdan bağışlanma diləmişdi. Allahın Peyğəmbərimiz (səv)ə bu mövzudakı əmrləri isə bu şəkildədir:

“Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən  Allah Bağışlayandır, Rəhmlidir”

(Mumtəhənə Surəsi, 12)

“Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir”

(Muhəmməd surəsi, 19)

" Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən Allah Bağışlayandır, Rəhmlidir"  

(Nur Surəsi, 62)

Allah Tövbə surəsində isə Peyğəmbərimiz (səv)ə möminlər üçün dua etməsini belə bildirir:

 

"Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir"  (Tövbə Surəsi, 103)

Ayədə bildirildiyi kimi Peyğəmbərimiz (səv)in duası möminlər üçün bir sakitlik və rahatlığa vəsilə olmuşdur. Bunu heç unutmamaq lazımdır ki, ürəyə dinclik və rahatlıq verən yalnız Allahdır. Allah möminlərin vəlisi, qoruyucusu olaraq vəkil etdiyi peyğəmbərinin duasını möminlərin rahatlığı, dincliyi üçün vasitə etmişdir. Rəbbimizin şəfqəti, mərhəməti,möminləri əsirgəyən və qoruyan olması ən çox Peyğəmbərimiz (səv)in əxlaqında  təcəlli etməkdədir.

Peyğəmbərimiz (səv) bir sözüində möminlərə dua haqqında əhəmiyyətli bir mövzunu belə xatırlatmışlar:

"Razılıqdan əmin olaraq Allaha dua edin."

“Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar”

(Yunus Surəsi, 26)

 

PEYĞƏMBƏRİMİZ (səv)İN MÜSƏLMANLARIN mənfəətlərİ üçün ALDIĞI sədəqəLƏR ONLARIN təmİzlənməsİnə səbəb olmuşdur

Allah Tövbə surəsinin 103-cü ayəsinin əvvəlində "Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan" şəklində buyurur. Yəni Allah çox sevimli qulu olan Peyğəmbərimiz (səv)in Müsəlmanların mənfəəti üçün aldığı sədəqələri vəsilə edərək möminləri təmizləyib paklaşdıracağını bildirir. Peyğəmbərimiz (səv) Allahın elçisidir və hər sözündə və hər rəftarında Rəbbimizin əmrlərinə və göstərdiyi yolla getmişdir. Peyğəmbərimiz (səv)in gözəl əxlaqının və üstün rəftarının qaynağı onun şirk qoşmadan, başqa bir yol göstərici olmadan, hər zaman Allaha yönəlməsidir. Allahın ona əmr etdiyi hər əmri yerinə yetirdiyi üçün bütün aləmlərə nümunə, bənzərsiz gözəllikdə bir əxlaq və rəftar qazanmaqdadır.

Bu həqiqət  bütün Müsəlmanlar üçün yol göstərici olmalıdır və inananlar yalnız Allahın vəhyi olan Qurana uyğun olaraq və peyğəmbərimiz (səv)in verdiyi gözəl əxlaqı yaşayaraq, bütün aləmlərə nümunə bir rəftar və əxlaq göstərməlidirlər.

“Biz yer üzündə olan hər şeyi onun özünə məxsus bir bəzək timsalında etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək”

(Kəhf Surəsi, 7)

 

PEYĞƏMBƏRİMİZ (səv) mömİnlərlə MƏSLƏHƏTLƏŞƏRDİ

Peyğəmbərimiz (səv) Allahın əmrinə tabe olaraq möminlərlə müşavirə edər, onların fikirlərini öyrənərdi. Bu mövzunun əmr edildiyi ayə belədir:

"… Sən onların günahından keç (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən  Allah təvəkkül edənləri sevir"

(Ali İmran Surəsi, 159)

Peyğəmbərimiz (səv) möminlərin də fikirlərini öyrəndikdən sonra qərarını verər və nəticəsi üçün Allaha təvəkkül edərdi. Unudulmaması lazım olan çox əhəmiyyətli bir həqiqət, alınan qərarların hamısının Allah qatında əvvəldən müəyyən olmasıdır. Allah taledə hər qərarı, hər qərarın nəticəsini təyin etmişdir. Bir mövzu haqqında məsləhətləşmə və sonra mövzunu bir hökmə və ya nəticəyə bağlamaq isə möminlər üçün bir ibadətdir. Peyğəmbərimiz (səv) bu həqiqəti bilərək, möminlərlə danışmış, qərarını vermiş ancaq qərarın nəticəsi üçün Allaha güvənərək, Allahın ən xeyirli nəticənin yaradacağını bilmişdir.

Məsləhət etmək möminlər üçün də gözəl və xeyirli nəticələr gətirə biləcək bir davranışdır. Hər şeydən əvvəl məsləhət edən adam təvazökar davranaraq gözəl əxlaq göstərir. Məsələn, peyğəmbərimiz (səv) ümmətinin içində ən çox ağla sahib, ən bəsirətli və ən fərasətli olan adamdır. Buna baxmayaraq ətrafındakılarla danışması, onların fikirlərini öyrənməsi, onların bir mövzuya gətirəcəkləri həllərin nələr olacağını soruşması onun nə qədər təvazökar bir insan olduğunun göstəricisidir.

“Kim (Qiyamət günü) yaxşılıq gətirərsə  ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə  ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz”

(Ənam Surəsi, 160)

“Göylərdə və yerdə nə varsa  Allahındır. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür”

(Nəcm Surəsi, 31)

Möminlər də, hər mövzuda təvazökarlıq göstərib, "bunu məndən yaxşı onsuz da kim bilər" demədən, digər kəslərə müzakirə etdikdə bunun xeyir və gözəlliklərini bir çox baxımdan görəcəklər. Beləliklə   Peyğəmbərimiz (səv)in bir rəftarını tətbiq edib ona bənzəyəcəklər, möminlərə göstərdikləri təvazökarlıq və hörmət səbəbiylə də Allahın və möminlərin sevgisini qazanacaqlar. Bütün bunların yanında ağıllarını bəyənmək kimi bir bəladan uzaq dayanmış olacaqlar. Ayrıca Allah Quranda “Şübhəsiz ki bu açıq-aydın bir sehrdir!”– dedilər. (Yunus Surəsi, 76)  şəklində bildirir. Bu səbəbdən insan yalnız öz ağlına güvənməyib, başqalarının ağıl, düşüncə və məlumat təcrübələrini faydalandığında daha çox yaxşı nəticələr əldə edə bilər. Tək ağıl yerinə, danışdığı adam məsələn 10 ağla sahib olar. Peyğəmbərimiz (səv) möminlərə bir-birləri ilə müşavirə etmələrini belə xatırlatmışdır:

"Kim bir işə girişmək istər və bu barədə Müsəlman biri ilə məsləhətləşsə, qəti qərarı əldə edərsə Allah onu işlərin ən doğrusunda müvəffəq edər"

Allahın Quranda insanlar üçün göstərdiyi hər yol və peyğəmbərimiz (səv)in timsalında gördüyümüz hər rəftar bizim üçün ən xeyirlisi və ən gözəlidir. Məsləhət etmək bunlardan biridir. Bu səbəblə Allahın əmrlərini çox yaxşı bilmək və peyğəmbərimiz (səv)i çox yaxşı tanımaq, ibadətlərimizi ən gözəl yerinə yetirmək və ən gözəl əxlaqa sahib olmaq üçün çox əhəmiyyətlidir.

“Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”

(Yunus Surəsi, 61)

De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”

(Zumər Surəsi, 38)

 

Allah, Peyğəmbərİmİz (səv)ə ad-san və şərəf vermİşdİr

Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?!

(İnşirah Surəsi, 4)

Yuxarıdakı ayədə də ifadə edildiyi kimi peyğəmbərimiz (səv) Allahın izni ilə həm yaşadığı dövrdə həm də vəfatından sonra bütün insanlar tanınmışdır. Vəfatından 1400 il sonra belə bütün dünya tərəfindən tanınır və bilinir. 1400 ildir milyardlarla insan peyğəmbərimiz (səv)ə sevgi və hörmət ilə bağlanmış, onu görmədiyi halda ona çox yaxın olmuş, cənnətdə onunla sonsuza qədər birlikdə olmaq üçün dua etmişdir və etməkdədir.

Allah başqa ayələrində də peyğəmbərimiz (səv)ə içindəkiləri kənara atıb boşalacağın "şərəfli bir elçi" olduğunu belə bildirir:

“Həqiqətən bu möhtərəm Elçimizin sözüdür. (O elçi ki), qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır. Sizin dostunuz (Muhəmməd) divanə deyildir”  

(Təkvir Surəsi, 19-22)

“Bu, möhtərəm bir Elçinin sözüdür”

(Haqqə surəsi, 40)

Allah Quranda Hz. Nuh (ə.s), Hz. İlyas (ə.s), Hz. Musa (ə.s) və Hz. Harun (ə.s) kimi bir çox peyğəmbərin də xeyirli və şərəfli adları olduğunu bildirir. İnsanların böyük bir hissəsi həyatları boyunca ad-san və şərəf arxasında qaçarlar. Bunun keçici olan dünya nemətlərinə uyarlar. Ya da təkəbbürlənərək ərköyünləşərlər. Şərəf arxasında qaçarkən şərəf və qürurlarını itirmiş olarlar.

Halbuki ad və şərəf bir insana Allah dərgahından verilir. Və Allah bir insana şərəfin Quran əxlaqının yaşanması ilə gəldiyini bildirir. Bir ayədə belə buyurulur:

“Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər”  

(Mu'minun Surəsi, 71)

Bir insanın dünya həyatında şərəfli bir həyat yaşamasının tək yolu Allahın vəhyi olan Qurana və peyğəmbərimiz (səv)in üstün əxlaqına uyğun gəlməsidir. Bunların xaricindəki yolların insanlara dünyada da axirətdə də itgidən başqa bir şey gətirməyəcəyi açıq və qəti bir həqiqətdir.

 

PEYĞƏMBƏRİMİZ (səv)İn İncə düşüncəlİ və nəzakətlİ olması

Peyğəmbərimiz (səv)in dövründə ətrafında olan insanların bəzilərinin ədəb və mədəniyyət səviyyələri aşağı idi. Bu kəslərin incə düşüncəli olmadıqları, narahatlıq verə biləcək rəftarları bəzi ayələrdən aydın olur. Məsələn, evlərə ön qapılarından deyil arxa qapılarından girdikləri, peyğəmbərimiz (səv)in evinə yemək yeməyə gəldiklərində ya da çox danışıb peyğəmbərimiz (səv)in vaxtını aldıqları ayələrdə bildirilmişdir. Peyğəmbərimiz Hz. Məhəmməd (səv) isə son dərəcə incə düşüncəli, nəzakətli, səbirli, bu kəslərə şəfqətlə yanaşan, səmimi və çox mədəni bir insan idi. Ətrafındakı insanların narahatlıq verən rəftarlarını hər zaman gözəl şəkildə bildirmiş, onların könüllərini almış və böyük bir səbr və təmkinlə  onlara başa salmışdır. Və bu əxlaqı da bütün möminlərə çox gözəl bir nümunə olmuşdur.

Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz Peyğəmbərimiz (səv)ə bu mövzuda da köməkçi olmuş, onu ayələri ilə dəstəkləmişdir. Bu mövzudakı ayələrdən biri belədir:

“Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. (Peyğəmbərin )zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır”

(Əl-Əhzab Surəsi, 53)

Səhabələrin bir çox rəvayətlərində də peyğəmbərimizin (səv) nəzakətli, incə düşüncəli rəftarlarından nümunə verilməkdədir. Peyğəmbərimiz (səv) həm bir peyğəmbər olması, həm də bir dövlət başçısı olduğundan hər təbəqədən olan insanlarla davamlı əlaqədə olmuş, dövlət və qəbilə rəislərindən, zəngin şəxslərə, kasıb, zəif, kimsəsiz yetimlərə qadın və uşaqlara qədər hər kəslə görüşmüşdür. Bütün bu ictimai strukturları, yaşayış tərzləri, xasiyyətləri, vərdişləri bir-birindən tamamilə fərqli olan insanlarla, hər sahədə yaxşı bir dialoq qurmuş, hamısının könülünü xoş tutmuş, hər birinə qarşı nəzakətli, anlayışlı, səbirli və gözəl bir rəftar göstərmişdir.

Peyğəmbərimiz (səv)in ətrafında olan yaxın səhabələrinin bildirdikləri hadisələrdən də aydın olduğu kimi peyğəmbərimiz (səv) "son dərəcə nəzakətli, sadə, zərif, lətif və incə düşüncəli" idi. Ədəb, tərbiyə və ədəb qaydalarını həyatında ən gözəl və ən ideal şəkildə tətbiq edirdi.

Hz. Aişə (r.a) "Rəsulullahdan daha gözəl əxlaqa sahib heç kim yoxdur. Əshabədən və ailəsindən biri özünə səslənincə, 'Buyurun' deyə cavab verərdi. Bu səbəblə Allah ona " Sən yüksək bir əxlaq sahibisən buyurmuşdur" deyərək Peyğəmbərimiz (səv)də gördüyü gözəl əxlaqı izah etmişdir.

Peyğəmbərimiz (səv)in evində böyüyən və illərcə ona xidmət edən Hz. Ənəs (r.a) Peyğəmbərimiz (səv)in bənzərsiz incəliyini belə izah etmişdir:

"Ondan bir şey soruşanı diqqətlə dinləyər, sualı soruşan yanından ayrılmadıqca, onu tərk etməzdi. Rəsulullah ilə bir kimsə qucaqlaşsa və ya bir kimsə qucaqlaşmaq üçün əlini uzatdığında, qarşısındakı adam əlini çəkmədən Rəsulullah əlini çəkməzdi. Biri ilə üz-üzə gəlincə də qarşısındakı üzünü çevirib ayrılmadıqca Rəsulullah o şəxsdən üzünü çevirməzdi. Önünə oturan şəxsə tərəf heç bir zaman ayaqlarını uzatmırdı. Qarşılaşdığı kimsəyə əvvəl özü salam verərdi. Səhabələriylə əl verib görüşməyə əvvəl özü başlayardı "

"Səhabələrinə gözəl ləqəblər verərdi. Hz. Əliyə “Əbu Turab”, bir başqa səhabəsinə “Əbu Hüreyrə” kimi ləqəbləri vermişdi. Onları şərəfləndirmək üçü, xoşlarına gələn adlarla çağırardı"

"Heç kimin sözünü kəsməzdi. Danışığını yarımçıq kəsməzdi. Danışdığı adam sözünü bitirmədən yaxud getmək üzrə ayağa qalxmadan söhbətinə davam edərdi.”

"Rəsulu Əkrəmə on il xidmət etdim Vallah mənə “Uf” belə demədi. Onun gecikdirdiyim və ya etmədiyim bir əmrindən ötəri məni danlamadığı kimi, ailəsindən danlayan olsa onlara da  “Ona toxunmayın. Bu işi etmək lazım olsaydı edərdi” deyərdi.”

"Bir gün bir iş üçün bir yerə getməyimi əmr etdi. Yanından  çıxdıqdan sonra küçədə bir neçə uşağın oynadığını gördüm və onları seyr etməyə başladım. Bu zaman arxadan biri iki əliylə başımı tutdu. Çevrildiyimdə baxdım ki, Odur. Gülərək mənə:" Enesiğim sənə söylədiyim yerə getdinmi ? ”  dedi.”

“Xeyr, hələ getmədim, gedəcəyəm”  dedim.

Mən ona illərlə xidmət etdim. Vallah bir dəfə olsun etdiyim bir iş üçün “Nə üçün etdin? ”, Etmədiyim bir iş üçün “Nə üçün etmədin? ” dediyini xatırlamıram.

Peyğəmbərimiz (səv) həyatı boyunca minlərlə insanı öyrətmiş, dini, gözəl əxlaqı bilməyən insanların gözəl rəftarlı, incə düşüncəli, fədakar, üstün əxlaqlı insanlar olmalarına səbəb olmuşdur. Özündən sonra da sözləri, davranışı və əxlaqı ilə milyonlarla insanın təhsilinə vəsilə olan peyğəmbərimiz (səv) çox xeyirli bir yol göstərici və təlimatçı olmuşdur.

Mahmud Cəlaləddin. ; "Məhəmməd insandır amma, hər insan kimi deyil. Daşlar arasında yaqut nə isə elədir."

De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən”

(Ali İmran Surəsi, 26)

Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– deyənləri də vardır. Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir”

(Bəqərə surəsi, 201-202)

 

Allah PEYĞƏMBƏRİMİZ (səv)İ HƏR ZAMAN qorumuşdur

Allah Peyğəmbərimiz (səv)in və bütün möminlərin köməkçisi və qoruyucusudur. Allah Peyğəmbərimiz (səv)ə hər zaman kömək etmiş, onun üçün çətinlikləri asanlaşdırmış, yolunu açmış, onu maddi və mənəvi olaraq gücləndirmiş, saleh möminlərlə müdafiə etmiş, düşmənlərinin isə bəsirətlərini bağlayaraq, güclərini alaraq, tələlərini pozaraq Peyğəmbərimizə (səv) zərər vermələrinə maneə törətmişdir. Allah Tövbə surəsində peyğəmbərimiz (səv)in köməkçisi olduğunu belə bildirir:

“Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir”

(Tövbə Surəsi, 40)

Ayədə bildirildiyi kimi Peyğəmbərimiz (səv) heç bir zaman başqalarına möhtac olmamış, Allah ona hər zaman kömək etmişdir. Bu səbəblə Peyğəmbərimiz (səv)in yanında olan heç kim etdiyi xidmət və ya yardıma görə Peyğəmbərimizə (səv) minnət edə bilməzdi. Çünki, həqiqətdə Peyğəmbərimizə (səv) kömək edən Allahdır və o adam olmasa da Allah başqa bir insanla,  mələkləri və ya cinləri vəsilə edib Peyğəmbərimiz Hz. Məhəmməd (səv)ə kömək edər.

Allah bir başqa ayəsində isə Peyğəmbərimiz (səv)a insanlardan qorxmadan böyük bir cəsarətlə, haqq olaraq bildiyi dini, insanlara təbliğ etməsini bildirmiş və onu qoruyacağını vəd etmişdir. Ayədə belə buyurulur:

“Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz” 

(Maidə Surəsi, 67)

Allahın gücünü, hadisələrin iç üzünü qavraya bilməyən dayaz və dar fikirli inkarçılar  Peyğəmbərimiz (səv)ə qarşı üstün olacaqlarını, onu qorxudacaqlarını və ya təsirsiz edə biləcəklərini sanmışlar və bu səbəblə davamlı tələlər qurmuşlar. Bu insanlar Allahın Peyğəmbərimiz (səv)i qorumasının fərqində deyildilər və bunu qavraya bilmirdilər. Özlərini Peyğəmbərimiz (səv)dən çox daha üstün və güclü zənn etmişlər. Ancaq Allah hamısının bir yerdə Ona qarşı qurduqları çox hiylələri pozmuş, hətta bir möcüzə olaraq qurduqları tələləri öz əleyhlərinə çevirmişdir. Heç bir hiylələri baş tutmamışdır. Bir yerə gəlib hiylələrini planlaşdırarkən Allahın onları gördüyünü, eşitdiyini, qəlblərindən keçənləri oxuduğunu anlaya bilməyən, Peyğəmbərimiz (səv)dən gizlətsələr belə Allahdan gizləyə bilməyəcəklərini qavraya bilməyən, Peyğəmbərimiz (səv)in bütün gücün sahibi olan Allahın sevimli qulu və dostu olduğunu düşünməyən bu insanlar üçün Allah Quranda belə bildirir:

“Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır”

(Ənfal Surəsi, 30)

Allah bir başqa ayəsində isə peyğəmbərimiz (səv)ə heç kimin zərər verə bilməyəcəyini, Allahın, Cəbrailin və saleh möminlərin onun dostu, müavini, dəstəkçisi olduğunu belə xəbər verir:

“Əgər ikiniz də Allaha tövbə etsəniz, (yaxşı olar). Çünki hər ikinizin qəlbi (günaha) meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versəniz, (bilin ki,) Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır”

(Təhrim Surəsi, 4)

Allah  Duha surəsində isə Peyğəmbərimiz (səv)in üzərindəki kömək və nemətlərini belə bildirmişdir:

“Rəbbin nə səni tərk etmişdi, nə də (sənə) acığı tutmuşdu. Həqiqətən Axirət sənə dünya həyatından daha xeyirlidir. Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı?”

(Duha surəsi, 3-8)

Peyğəmbərimiz (səv) hər işində, ən çətin anlarında belə Allahın ona kömək edəcəyini bilərək, təvəkkül etmiş, qorxu və narahatlıq keçirməmişdir. Yanındakı möminlərə də Allahın özləri ilə birlikdə olduğunu, hər şeyi görüb eşitdiyini söyləmiş, onların da rahat içində olmalarına səbəb olmuşdur.

Peyğəmbərimiz (səv)i nümunə götürərək onun yolunu izləyənlər də  Allahın rəhmətindən və köməyindən heç bir zaman ümid kəsməməli, Allahın razılığını, rəhmətini və cənnətini ümid edərək yaxşı işlər görməyə yarışdıqları müddətcə Allahın daim onların yanında olduğunu bilməlidirlər. Allah bir ayəsində möminlərə belə bir ved edir:

“Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir”

(Həcc Surəsi, 40)

 

PEYĞƏMBƏRİMİZ (səv)İN təmİZLİYƏ VERDİYİ ƏHƏMİYYƏT

Ürək və əxlaq təmizliyi qədər bədən, paltar, məkan və yediyi yeməklərin təmizliyi də müsəlmanların ən diqqətə çarpan xüsusiyyətlərindəndir. Bir müsəlmanın saçları, əli, üzü, bədəninin hər yeri daim tərtəmiz olarç paltarları də hər zaman təmiz, baxımlı və düzgün olardı. İşlədiyi və ya yaşadığı məkanlar da hər zaman yığcam, təmiz, xoş qoxulu, təmiz havalı və rahatlıq verici olar. Möminlərin bu xüsusiyyətlərinə ən gözəl nümunə yenə peyğəmbərimiz (səv)dir. Allah  bir surədə peyğəmbərimiz (səv)ə belə buyurmuşdur:

Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)! Qalx və (insanları) xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!

(Muddəssir Surəsi, 1-5)

Allah Quranda möminlərə təmiz olan şeylərdən yemələrini bildirmiş, Peyğəmbərimiz (səv)ə də, təmiz olan şeylərin halal olduğunu möminlərə bildirməsinə söyləmişdir:

"Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən həqiqətən sizin nə etdiklərinizi bilirəm!”

(Muminun Surəsi, 51)

“Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və (ova göndərərkən) onların üzərində Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.

(Maidə Surəsi, 4)

Peyğəmbərimiz (səv) bir hədisi-şərifində də möminlərə təmiz olmağı belə nəsihət etmişdir:

"Müsəlmanlıq təmizdir, kirsizdir. Siz də təmiz olun, təmizlənin, Çünki cənnətə təmizlər girər."

 

PEYĞƏMBƏRİMİZ (səv)İN DUALARI

Quranda Peyğəmbərimiz (səv)in gecə dua üçün qalxdığı bildirilir.

“Bu birhəqiqətdir ki, Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!“

(Cin surəsi, 19-20)

Quranda bir çox ayədə Peyğəmbərimiz (səv)in dualarından bəhs edilir. Peyğəmbərimiz (səv) dualarında Allahı sifətləri ilə xatırlayaraq Onu ucaltmışdır. Peyğəmbərimiz (səv)in Quranda bildirilən dualarından biri belədir:

“De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən"

(Ali İmran Surəsi, 26)

Peyğəmbərimiz (səv)də bütün digər peyğəmbərlərdə olduğu kimi insan və cin düşmənlərinin təhdidi və təzyiqləri ilə qarşı-qarşıya qalmışdır. Onların bu təzyiqlərinə qarşı səbir və dayanıqlılıq göstərən peyğəmbərimiz (səv)ə şeytanın mənfi təlqinlərinə və mənəvi hücumlarına qarşı Allahdan belə kömək istəməsi əmr edilmişdir:

De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”

(Muminun Surəsi, 97-98)

Peyğəmbərimiz (səv)ə dualarında Allahdan bağışlanma diləməsi və Rəbbimizin mərhəmətini zikr etməsi belə əmr edilmişdir:

De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”

(Muminun Surəsi, 118)

Rəvayətlərdə isə peyğəmbərimiz (səv)in Allaha özünə gözəl bir əxlaq və yaxşı bir xasiyyət verməsi üçün dua etdiyi və dualarında Allaha necə dua etdiyi ifadə edilər:

Hafiz Halil Əfəndi. Tezhip. Fatihə Surəsi 1-7. ayələr: "Mərhəmətli və Rəhmli Allahın adı ilə! Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə, Haqq-hesab gününün Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!"

"Allahım! Yaradılışımı və əxlaqımı gözəlləşdir. İlahi! Məni əxlaqın pisliklərindən uzaqlaşdır."

Allahın, De: “Əgər duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi….  (Furqan surəsi, 77) ayəsiylə də bildirdiyi kimi dua möminlər üçün çox əhəmiyyətli bir ibadətdir. İnsan acizlik içində, Allah istəməsə heç bir şeyə güc çatdıra bilməyəcəyini bilərək , ümid edərək və qorxub çəkinərək, hər mövzuda Allaha üz tutmalı, hər şey üçün Ona dua etməlidir. Peyğəmbərimiz (səv)in və Quranda duaları zikr edilən digər peyğəmbərlərimizin duaları möminlər üçün ən gözəl nümunələrdir. Onlar dualarında həm Allaha necə təslim olduqlarını, Allahı tək dost və köməkçi olaraq gördüklərini göstərmişlər, həm də Rəbbimizi ən gözəl adları ilə ucaltmışlar. Peyğəmbərlərimizin dualarında xüsusi vaxt nəzərdə tutmadan, hər an dua etdikləri və ehtiyac içində qalanda dərhal Rəbbimizə yönəldikləri görülməkdədir.

David Roberts, Muayyad Məscidi

“Həqiqətən  Allah dərgahında (qəbul olunan) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə (bilsin ki) Allah tez haqq-hesab çəkəndir”

(Ali İmran Surəsi, 19)

Luis-Claude Mouchot, Qaidə Bəy Məscid, Qahirə

“Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı”

(İnfitar Surəsi, 6-8)

 

ANA SƏHİFƏ

Müəllif Haqqında      Digət saytlar      Quran-ı Kərim

   Bizə dəstək olun      Kitablar      Filmlər      Məqalələr      Hədislər

Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz.

www.adnanoktar.az